Haqqımızda

Value & Sources

"Value & Sources" geniş spektr üzrə xidmət göstərən konsaltinq şirkətidir. Uzun illərdir müştərilərimizə müxtəlif növ əmlakların qiymətləndirilməsi, biznes-planların və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, bazar araşdırmalarının aparılması, mühasibat uçotu və vergiqoyma sahəsində məsləhət xidmətləri, investisiya layihələrinin qiymətləndirilməsi və digər xidmətlər göstəririk. Xidmətlərimiz tikinti, sənaye, maliyyə, kənd təsərrüfatı, İT və iqtisadiyyatın digər sahələrini əhatə edir. Müxtəlif sahələrdə iş təcrübəsi olan əməkdaşlarımız və ekspertlərimiz geniş spektrli məsələləri həll etmək gücündədilər.


“Value & Sources” olaraq vizyonumuz ən yaxşı kadrları işə götürüb, inkişaf etdirərək, bütün kadrlarımızın bilik və qabiliyyətlərindən istifadə edərək, sürətlə öyrənərək, daha çox bölüşərək “Öz müştərilərinin uğuruna ən çox dəstək göstərən aparıcı şirkət kimi tanınmaqdır”.

Müştərilərimizin gələcək gözləntilərinə cavab vermək, qabaqlamaq üçün, uyğun olan böyük imkanlara sahib olmaq üçün biz təşkilatımızı yeniləməyə, dəyişdirməyə davam edirik. Müştərilərimizi mükəmməl həll yolları ilə təmin etmək üçün biz maneələr olmadan, ən yaxşı komandaları quraraq birlikdə çalışırıq. Biz açıq şəkildə bilik, bacarıqlar və təcrübəmizi bölüşür və davamlı olaraq işlərimizi daha yaxşı görməyə can atırıq.

Biz müştərilərimizə qarşı diqqətli və hər bir müştərimizin işinə real dəyər qatmağa və daha sonra belə də etdiyimizi nümayiş etdirməyə qərarlıyıq. Sizi əmin edə bilərik ki, karyera, inkişaf imkanları və mükafatlar “Value & Sources” şirkətini ən cəlbedici və stimullaşdırıcı iş yerlərindən biri edir.

“Value & Sources” şirkətində gördüyümüz hər iş daxildən və xaricdən strateji proqnozla hərəkətə gətirilir. Tanınmış beynəlxalq audit və məsləhət firmaları şəbəkəsinin üzvü olaraq, biz ehtiyac olarsa, digər ölkələrin və bazarların geniş təcrübələrini cəlb etməklə özünü doğrultmuş ən yaxşı yerli həll yollarını təklif edirik.



Niyə Value & Sources ?

"Value & Sources" şirkəti ilə işləməyə qərar verdiyiniz zaman, sağlam münasibətlərə, faydalı əlaqələrə və uğurlu gələcəyə inanan bir şirkət seçirsiniz. Biz sizi tanıyırıq və sizinlə qurduğumuz işgüzar münasibətlərimizi dəyərləndiririk. Bugün biz sabahın vəd etdiklərindən qorxmaq yerinəç sabahın bizə vediyi imkanları qəbul edirik.