photo

Tikinti materialları bazarı

Tikinti kompleksinin təhlili.


Daşınmaz əmlak bazarının öyrənilməsi tikinti kompleksi bazarının təhlili aparılmadan mümkün deyildir. Tikinti sahəsində baş verən proseslərin dərki savadlı idarəetmə qərarları qəbul etməyə və daşınmaz əmlak bazarında proqnozlar qurmağa imkan yaradır.    


Tikinti kompleksinin monitorinqi zamanı mütəxəssislər tikinti materiallarının istehsalçılarının və tədarükçülərinin məlumatlarından, baş podratçı təşkilatların məlumatlarından, sosioloji tədqiqatların nəticələrindən, tikinti kompleksinin öyrənilməsi sahəsində elmi araşdırmalardan istifadə edirlər. 


Aşağıdakı məsələlər diqqət mərkəzimizdədir:

  • tikinti materiallarının qiymətlərinin monitorinqi;
  • əsas tikinti materialları bazarının inkişafının təhlili (kərpic, yığma dəmir-beton, metal prokatı və s.);
  • regionun tikinti materialları bazarının tutumu müəyyən olunur;
  • regionun baş podratçı tikinti təşkilatlarının bazarının təhlili;
  • Bakıda əsas tikinti materialları istehsalçılarının təhlili;
  • Bakıda və ölkənin regionlarında inşaatçıların təhlili;
  • çoxmənzilli yaşayış evlərinin tikintisinin keyfiyyətinin istehlak qiymətləndirməsinin təhlili;
  • tikinti sahəsində layihə təşkilatlarının təhlili.