Bankçılıq
“Value & Sources” olaraq Azərbaycandakı müxtəlif banklarla əməkdaşlıq təcrübəmiz vardır. Aktiv olaraq Azərbaycanda fəaliyyət göstərən 20-yə yaxın yerli və beynəlxalq bankla əməkdaşlıq etməyə davam edirik. Biz biznesin ehtiyaclarını başa düşürük, bizim peşəkar komandamız müştərilərimizə xidmət göstərməyimizə kömək edirlər.
“Value & Sources” şirkətinin mütəxəssisləri banklar və digər maliyyə institutları üçün mühasibatlıq, məsləhət xidmətləri üzrə təcrübəyə malikdir. Biz yüksək səviyyədə tənzimlənən maliyyə sahəsində idarəçilərin qarşılaşdığı çətinlikləri - kapitalın və likvidliyin idarə edilməsi, yeni texnologiyalardan istifadə edilməsi, proseslərin inkişafı, əhəmiyyətli normotiv tələbləri başa düşürük.