Maliyyə sektoru
Maliyyə sahəsi yüksək nəzarət mövcud olan sektordur və bu sektorda fəaliyyət göstərmək istəyən şirkətlərin hər gün artan kompleks biznes mühiti vardır. Gələcək davamlı artan nəzərətli inkişaf mühitində daha da çətin olacaqdır.
Bizim maliyyə sahəsində ixitsaslaşmış və bu biznes mühitinin üzləşdiyi çətinliklərlə, maliyyə sahəsinə nəzərət edən müəssisələrlə bağlı dərin biliklərə sahib komandamız mövcuddur.
Qanunla müəyyən edilmiş audit, korporativ vergi, ƏDV planlaması və müvafiqliyi, korporativ maliyyədən riskin idarə edilməsi və maliyyənin müvafiqliyi məsələlərinə qədər bütün biznes sahələri üzrə xidmətlər təklif edirik. Bizim ekspertlər komandamız sizin problemlərinizə praktiki və kommersiya həlləri tapacaq.
Müvafiqlik xidmətlərinə əlavə kimi audit, korporativ vergi xidmətlərindən başqa maliyyə sahəsində mütəxəssis məsləhəti xidmətini də təklif edirik. Bu sahəyə daxili audit və daxili audit prosedurlarının köməyi ilə riskin idarə edilməsinin kontrolu aiddir. Biz hər zaman idarə heyəti və səhmdarlar səviyyəsində müştərilərimizlə yaxından əməkdaşlıq edir, onların biznes ehtiyaclarını müəyyən etməyə kömək edir və tələblərinə uyğun şəkildə hazırlanmış xidməti təklif edirik.