photo

Turizm və qonaqpərvərlik

Azərbaycanın qonaqpərlik adəti onun mədəniyyətini və insanlarının hansı dünyada yaşadığını aşkar edir. Azərbaycan ölkədə otelçiliyin inkişafı və turizm infrastrukturunun genişlənməsi üçün əhəmiyyətli investisiya qoymuşdur. Xüsusilə son illərdə, otellər və istirahət zonaları paytaxtda və regionlarda inşa edilmişdir. 


Bizim peşəkar komandamız özəl və şəxsi kapital üzərində işləyən və alınmış bizneslərə turizm və qonaqpərvərlik sektorunun bütün sahələri üzrə yüksək keyfiyyətli peşəkar məsləhət xidmətləri göstərir. 


Sizin biznesinizi, sənayenizi və rəqabət landşaftınızı başa düşdüyümüzdən əmin olmaq istəyirik. İlkin mərhələdən son satış və ya işlərin bitməsinə qədər bu yanaşmanın əsasında güclü, etibarlı məsləhət əlaqələrinin yaradılması dayanır.


Biz sizə aşağıdakı xidmətlər üzrə dəstək göstərə bilərik: 

  • Lazımi audit xidmətlərindən başqa – sahə gözləmləmələri, sənayeyə uyğun mühasibat siyasətləri, rəqəmlərinizin ən yaxşı təqdimatı, Əsas Fəaliyyət İndikatorlarının müqayisəsi
  • Vergi və hüquq məsləhəti xidmətləri 
  • Birləşmə və satınalmaların alış və ya satış tərəfinə məsləhət xidməti – strateji təhlillər, vəziyyətin təsbiti,danışıqlarda dəstək və əməliyyatların kompleks şəkildə idarə olunması 
  • Fandreyzinq və yenidən maliyyələşdirmə - borc, özəl kapital və ya kapital bazarları 
  • Maliyyə modelləşdirməsi – hesabat, maliyyə və əməliyyat məqsədləri ilə 
  • Səhmdarlar üçün xidmətlər – vergilərin şəxsən təhlil olunması, optimal kapital strukturu, səhmlərlə stimullaşdırmanın planlaşdırılması 
  • Restrukturizasiya və bərpa - maliyyə çətinliyi zamanı dəstək