Biznesin qiymətləndirilməsi
Biznesin dəyərinin qiymətləndirilməsi fəaliyyəti iqtisadi qazanc əldə edilməsinə yönəlmiş iqtisadi subyekt kimi şirkətin dəyərinin müəyyənləşdirilməsidir.
Biznesin dəyəri dedikdə müvafiq biznesi həyata keçirən hüquqi şəxsin səhmlər, nizamnamə kapitalında paylar və borclar üzrə tələb hüquqları vasitəsilə pullu əsasda reallaşdırılan bütün hüquqların dəyərlərinin cəmi başa düşülür.
Hazırda Azərbaycanda qiymətləndirmə xidmətləri bazarının təxminən 10 %-i biznesin qiymətləndirilməsinin payına düşür.
Şirkətimizin əməkdaşları biznesin, qiymətli kağızların və cəmiyyətlərdə payların qiymətləndirilməsi üzrə işlərin aparılması sahəsində mühüm təcrübə toplamışlar, bu da bizə istənilən mürəkkəbliyə malik işi keyfiyyətli səviyyədə həyata keçirməyə və bazarda sabit işgüzar reputasiyanı saxlamağa imkan verir.
Qiymətləndirmə aparılarkən şirkətin bütün aktivlərinin və öhdəliklərinin: daşınmaz əmlakın, maşın və avadanlıqların, anbar ehtiyatlarının, maliyyə qoyuluşlarının debitor borcunun, qeyri-maddi aktivlərin, borcların dəyəri müəyyən olunur.Bundan başqa, şirkətin işinin səmərəliliyi, keçmiş, hazırkı və gələcək gəlirləri, mövcud bazarda inkişaf perspektivləri və rəqabət mühiti qiymətləndirilir, daha sonra qiymətləndirilən şirkətin analoq müəssisələrlə müqayisəsi aparılır. Belə kompleks təhlil əsasında biznesin dəyəri müəyyənləşdirilir.
Müasir müəssisə daşınmaz əmlakdan müəssisənin işgüzar nüfuzuna qədər çoxlu sayda müxtəlif təbiətli aktivi birləşdirən mürəkkəb strukturdur. Buna görə də biznesin qiymətləndirilməsinin bütün mövcud qiymətləndirmə yanaşmaları: məsrəf, gəlir və müqayisə yanaşmaları baxımından həyata keçirilməsi zəruridir. Bu yanaşmalardan təcrid olunmuş şəkildə istifadə olunmur, onlar bir-birini qarşılıqlı surətdə tamamlayır. Hər bir yanaşma müəssisənin dəyərinin miqdarına bu və ya digər şəkildə təsir göstərən müəyyən xassələrindən istifadə olunmasına əsaslanır.
Belə ki, dəyər məsrəf yanaşması baxımından müəyyənləşdirilərkən müəssisənin əmlakının (maddi və qeyri-maddi aktivlərinin məcmusunun) dəyəri əsas götürülür. Məsrəf yanaşması müəssisəyə görə onun bütün aktivlərinin dəyərindən daha artıq pul ödəməyəcək hesablı alıcının tipik motiv və təsəvvürlərinə əsaslanır.
Biznes gəlir yanaşması baxımından qiymətləndirilərkən müəssisənin gələcəkdə gətirə biləcəyi gəlir hesablama zamanı əsas qismində çıxış edir. Bu yanaşma investorların gözləntilərinə əsaslanır, onlar, əsasən, müəssisənin gələcək gəlirlərinin proqnoz miqdarını rəhbər tutaraq müəssisənin cari dəyərini müəyyənləşdirirlər.
Biznesin qiymətləndirilməsinə müqayisəli yanaşmadan istifadə olunarkən müəssisənin dəyərinin müəyyənləşdirilməsi üçün əsas qismində bazarın analoji müəssisələrin, yaxud onların səhmlərinin (paylarının) həyata keçirilmiş alqı-satqı əqdlərinin qiymətlərində ifadə olunan rəyi çıxış edir.Müqayisəli yanaşma əvəzetmə prinsipinə əsaslanır, bu prinsipə əsasən müəssisənin dəyəri potensial alıcı üçün ekvivalent faydalılığa malik digər müəssisənin dəyərindən kəskin surətdə fərqlənə bilməz.
Hər üç yanaşma özünəməxsus üstünlüklərə və çatışmazlıqlara, üstün tətbiq sahələrinə malikdir və kifayət qədər çox sayda müxtəlif metodları birləşdirir, biz həmin müxtəlif metodlar arasından konkret qiymətləndirilən obyekt üçün ən münasib metodları seçirik.
Biznesin və qiymətli kağızların qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsinin əsas məqsədləri aşağıdakılardır:
- biznesin alqı-satıqısı, biznesin iştirakçılarının tərkibinin dəyişməsi;
- müəssisənin kredit qabiliyyətinin və kreditləşdrimə zamanı girovun dəyərinin müəyyənləşdirilməsi;
- əlavə investisiyaların cəlb edilməsi (qiymətli kağızların emissiyası);
- yeni birgə müəssisənin yaradılması;
- müəssisənin idarə olunmasının səmərəliliyinin yüksəldilməsi;
- təsisçinin çıxması, yaxud yeni təsisçinin qəbul edilməsi;
- vərəsəlik məsələlərinin tənzimlənməsi;
- İPO-ya çıxış;
- müəssisənin yenidən strukturlaşdırılması (ləğvi, birləşməsi, “udulması” və ya holdinqin tərkibindən müstəqil müəssisələrin ayrılması);
- sahiblik hüquqlarının güzəştə gedilməsi;
- səhmdarlardan səhmlərin satın alınması;
- əmlak mübahisələrinin həlli;
- nizamnamə kapitalına əmlakın daxil edilməsi;
- BMHS (İFRS) keçilməsi üçün aktivlərin yenidən qiymətləndirilməsi və s.
Biz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən yanacaq-energetika, gəmiqayırma, cihazqayırma, nanotexnologiyalar, sığorta və banklar, nəqliyyat sahələrində biznesin qiymətləndirilməsi üzrə bir sıra böyük layihələr yerinə yetirmişik.