Daşınmaz əmlak və tikinti
Azərbaycanda daşınmaz əmlaka qoyulan ivestisiyalar təxminən son 10 ildə ən çox paytaxt Bakı şəhərində baş tutmuşdur, müxtəlif beynəlxalq şirkətlər ölkəyə əzəmətli daşınmaz əmlak layihələrini həyata keçirmək üçün üz tuturlar. Zamanla, daşınmaz əmlak sektorunda yeni inkişaf başqa yeni körpülərin yolların salınması, tıxacların aradan qaldırılması üçün yolların genişləndirilməsi kimi infrastruktur layihələrinin həyata keçməsinə gətirib çıxarmışdır.
Biz əmlak və tikinti sektorunda investorlar, inkişafçılar, tikinti şirkətləri, əmlak agentləri, mühəndislər və memarlar kimi müxtəlif müştərilərə aşağıdakı məsələləri başa düşmək, onların öhdəsindən gəlmək və yaranan çətinliklərin həll olunmasında dəstək göstəririk:
- Kənar Kənar və daxili auditdə daxil olmaqla müvafiqlik xidmətləri
- Borcların yenidən strukturlaşdırılması və müvafiq vergi məsələləri üzrə ekspertlərin məsləhəti
- Vergi planlaması və uyğunlaşdırılması – mənfəət vergisi, ƏDV və s.
- Korporativ maliyyə idarə edilməsi - birləşmələr, satınalmalar, ləğv edilmə və uyğun biznes partnyorlarına təqdim edilmə
- Nağd pulun idarə edilməsi, planlama və vergi risklərinin yumşaldılması ilə bağlı tövsiyyələr